logo

Lerikdə ikinci zəlzələ baş verib

09:19 08-08-2019 | icon 2317
Lerikdə ikinci zəlzələ baş verib

Avqustun 8-də Lerik rayonunun ərazisində 3 bal gücündə ikinci zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  YeniAvropa -ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 06:33-də Yardımlı stansiyasından 21 kilometr qərbdə Lerik ərazisində qeydə alınıb.

Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, avqustun 7-də saat 23:13-də Lerik stansiyasından 18 kilometr şərqdə Lerik ərazisində 3 bal gücündə zəlzələ baş verib. Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.