logo

Ötən il 2,5 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb

20:55 07-08-2019 | icon 2394
Ötən il 2,5 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Ötən il Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən, ümumilikdə, 2 ton 553 kiloqram 570,976 qram müxtəlif növ narkotik vasitələr, o cümlədən 14 min 819 çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2018-ci ilə dair ölkə məruzəsi”ndə qeyd olunub.

Ötən müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 749 kiloqram 246,58 qramını marixuana (29,3 faiz), 371 kiloqram 813,146 qramını tiryək (14,6 faiz), 1 ton 219 kiloqram 802,168 qramını heroin (47,8 faiz), 70 kiloqram 576,12 qramını həşiş (2,7 faiz), 123 kiloqram 922,9 qramını digərləri (4,8 faiz) təşkil edib.

Belə ki, 7 kiloqram 23,269 qram psixotrop maddələr (0,3 faiz), 6 kiloqram 504,204 qram prekursorlar (0,3 faiz), həmçinin 0,01 qram Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 ədəd karton lövhə), 2 kiloqram 287,4 qram (0,1 faiz) güclü təsiredici maddə, 2 kiloqram 395,9 qram (0,1 faiz) zəhərli maddələr, 397 flakon Mydrax (100 faiz), o cümlədən 14 min 819 çətənə kolu və 18 min 791 həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.