logo

Prezident Pirallahı rayonunda bir sıra obyektlərin açılışında iştirak edib

13:08 07-08-2019 | icon 2555
Prezident Pirallahı rayonunda bir sıra obyektlərin açılışında iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı rayonunda bir sıra obyektlərin açılışında iştirak ediblər. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu gün Pirallahı rayonunda yeni inşa olunmuş Gənclər Mərkəzi istifadəyə verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında iştirak ediblər.

Daha sonra İlham Əliyev və xanımı YAP Pirallahı Rayon Təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  bu gün, həmçinin, Pirallahı rayonunda yeni inşa olunmuş “Mirvari” Park Kompleksinin açılışında da iştirak ediblər.