logo

Ümumdünya Qızıl Şurası nədən  Azərbaycanın qızıl ehtiyatlarını hesaba almır?

18:50 06-08-2019 | icon 2828
Ümumdünya Qızıl Şurası nədən  Azərbaycanın qızıl ehtiyatlarını hesaba almır?

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Ümumdünya Qızıl Şurasının (World Gold Council) avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatında Azərbaycanın bu reytinqdə yer almaması ilə bağlı bildirib ki, qeyd edilən qurum ölkələrin qızıl rezervləri barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir. Və bu statistika özündə əsasən Maliyyə Nazirliyi və Mərkəzi Banklar kimi monetar və fiskal qurumların balansında olan qızıl ehtiyatlarını özündə birləşdirir.

Fonddan  YeniAvropa-ya bildirilib ki, məhz bu səbəbdən Dövlət Neft Fondunun qızıl investisiyaları qurumun rüblük hesabatında öz əksini tapmayıb.

Qeyd edilib ki, ARDNF-nin İnvestisiya siyasəti və İnvestisiya qaydalarının tələblərinə uyğun olaraq iyunun 30-na ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4 356,4 milyon ABŞ dolları) təşkil edir. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar Fondun rüblük və illik hesabatları vasitəsilə mütəmadi olaraq ictimaiyyətə açıqlanır.