logo

Tümenin biznes missiyası Azərbaycana gəlir

17:21 06-08-2019 | icon 2821
Tümenin biznes missiyası Azərbaycana gəlir

Rusiyanın Tümen vilayətinin İxraca Dəstək Mərkəzinin biznes missiyası avqustun 11-16-da Azərbaycanda səfərdə olacaq.

YeniAvropa  Rusiya mətbuatına istinadla xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti B2B görüşləri keçirəcək, potensial tərəfdaşlarla danışıqlar aparacaq, Bakıdakı fərdi idxalçı müəssisələrə baş çəkəcək.

Eyni zamanda, İxraca Dəstək Mərkəzinin təşəbbüsü ilə sınaq mal tədarükünə dair sazişlərin imzalanması nəzərdə tutulur.