logo

Hövsandakı avtoqəzada iki nəfər ölüb

15:36 06-08-2019 | icon 3696
Hövsandakı avtoqəzada iki nəfər ölüb

Daxili İşlər Nazirliyi (DİN) Hövsan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Əsgərovun və N.Həşimovun idarə etdikləri “Mercedes” və “Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Əjdər Xudaverdiyev və Əli Musayev ölüb, digər 12 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.