logo

Bəzi rayonlarda 2 gün qaz olmayacaq

11:10 06-08-2019 | icon 2961
Bəzi rayonlarda 2 gün qaz olmayacaq

Avqustun 6-sı səhər saat 09:00-dan avqustun 8-dək (2 gün müddətinə) Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb.

“Azəriqaz” İB-dən YeniAvropa-ya bildirilib ki, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb. Bundan başqa saat 10:00-dan 18:00-dək Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.