logo

“Azeri Light” 62,95 dollaradək ucuzlaşıb

10:33 06-08-2019 | icon 2828
“Azeri Light” 62,95 dollaradək ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

 YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,79 dollar azalaraq 62,95 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.