logo

İran prezidenti Azərbaycana səfər edəcək

10:59 06-08-2019 | icon 2408
İran prezidenti Azərbaycana səfər edəcək

İran prezidenti Həsən Ruhani  oktyabrın sonunda Azərbaycana səfər edəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  məlumat verib.O, Azərbaycana səfəri zamanı İran prezidenti Həsən Ruhanini müşayət edəcəyini bildirib. 

"Səfərdə məqsəd 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII zirvə görüşündə iştirak etdəkdir. İran Azərbaycanla çox yüksək səviyyədə əlaqələrə sahibdir. Ölkəmiz Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə İran ən yüksək səviyyədə iştirak edəcək”,-deyə Məhəmməd Cavad Zərif vurğulayıb.