logo

Qubada oğul atasından 47 min dollar oğurladı

22:57 05-08-2019 | icon 2366
Qubada oğul atasından 47 min dollar oğurladı

Qubada öz yaşadığı evdən oğurluq edən gənc saxlanılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Qubanın Vladimirovka kənd sakini Kərim Əlişanov rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 47 min ABŞ dollarının naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin oğlu, 18 yaşlı Röyal Əlişanov tərəfindən oğurlandığı məlum olub.

İlkin dindirilmə zamanı R.Əlişanov tutduğu əməli etiraf edərək, müxtəlif vaxtlarda atasına məxsus pulları hissə-hissə oğurladığını bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.