logo

Bərdədə külək ikimərtəbəli evin yanmasına səbəb olub

22:20 05-08-2019 | icon 2625
Bərdədə külək ikimərtəbəli evin yanmasına səbəb olub

Bərdə rayonunda güclü külək ikimərtəbəli evin yanmasına səbəb olub.

YeniAvropa xəbər verir  ki, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb.

Belə ki, güclü külək zamanı rayon sakini Briliant Dadaşovaya məxsus ikimərtəbəli fərdi yaşayış evinə gələn elektrik naqilləri bir-birinə ilişərək qısaqapanma yaranıb və ev alışaraq yanmağa başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.