logo

Rusiyada hərbi anbarlarda partlayışlar nəticəsində 1 nəfər həlak olub

18:36 05-08-2019 | icon 2457
Rusiyada hərbi anbarlarda partlayışlar nəticəsində 1 nəfər həlak olub

Rusiyanın Krasnoyarsk vilayətinin Açinsk rayonunda hərbi hissənin artilleriya mərmiləri olan anbarında baş vermiş partlayışlar nəticəsində 1 nəfər həlak olub, ətrafdakı yaşayış məntəqələrinin sakinləri təxliyə edilib.  YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu vəziyyətə nəzarət etmək üçün müavini Dmitri Bulqakovu insident yerinə göndərib.

Güc strukturlarının məlumatına görə, ərazidə 40 min ədəd artilleriya mərmisinin olduğu iki sahə yanır. Partlayışların zərbəsindən ətrafdakı yaşayış evlərində pəncərələrin şüşələri qırılıb. Rəsmi məlumatlarda bildirilir ki, yaralanan 7 nəfər xəstəxanalara çatdırılıb. Rusiya FHN-in əməkdaşları hərbi anbarların 20 kilometr radiusunda əhalinin təxliyəsini həyata keçirirlər. Güclü yanğının söndürülməsi məqsədilə əraziyə yanğınsöndürənlər cəlb edilib.