logo

İlham Əliyev ABŞ prezidentinə başsağlığı verdi

17:12 05-08-2019 | icon 2261
İlham Əliyev ABŞ prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev avqustun 5-də ABŞ prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Məktubda deyilir: 

"Hörmətli cənab prezident. 

Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisələr ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".