logo

Futbol tarixinin ən bahalı müdafiəçisi

15:51 05-08-2019 | icon 2898
Futbol tarixinin ən bahalı müdafiəçisi

“Mançester Yunayted” klubu müdafiəçi Harri Maquayrın “Lester Siti”dən transferi üçün 80 milyon funt sterlinq (87 milyon avro) ödəyib. Futbolçu ilə 6+1 il müddətə müqavilə imzalanıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bununla da H.Maquayr tarixin ən bahalı müdafiəçisi olub. Belə ki, ötən il “Liverpul” klubu hollandiyalı Virgil van Diyk üçün 84,65 milyon, cari ilin yay transfer pəncərəsində isə “Yuventus” onun həmyerlisi Mathiys de Liqt üçün 85,5 milyon avro ödəyib.

İyirmi altı yaşlı H.Maquayr 2017-ci ilin iyulunda 13,7 milyon avroya “Lester Siti” komandasına keçid edib. O, “Lester Siti”dən əvvəl “Hull Siti” və “Uiqan Atletik” klublarında forma geyinib. Müdafiəçi İngiltərə milli komandasının heyətində 20 oyunda meydana çıxıb.