“AzerGold” QSC qızıl və gümüş istehsalında rekorda nail olub
Cari ilin iyul ayında “AzerGold” QSC 2019-cu il üçün rekord həcmdə qızıl istehsal edib.
YeniAvropa xəbər verir ki, bu barədə “AzerGold” QSC-dən bildirilib. Qeyd edilib ki, Çovdar filiz emalı sahəsində əməliyyat işləri üzrə aparılan optimallaşdırma tədbirləri, işçi heyətinin təcrübə və peşəkarlığının artması və tətbiq olunan texnoloji həllər hasilatda müsbət nəticələrini verməkdədir.
Belə ki, hesabat dövründə 5495 unsiya qızıl istehsal edilib ki, bu da nəzərdə tutulan planı 23 faiz üstələyib. Gümüş istehsalı isə 10 min 995 unsiya təşkil edərək, nəzərdə tutulan planı 41 faiz üstələyib və bununla da Cəmiyyətin bütün fəaliyyət dövründə rekord göstəriciyə yüksəlib. Hesabat dövründə filiz xırdalanması nəzərdə tutulan planı 31 faiz üstələyərək 130 min 810 ton təşkil edib ki, bu da Cəmiyyətin bütün fəaliyyəti dövründə rekord göstəricidir.
Cari hasilat prosesinin optimallaşdırılması və qiymətli metalların hasilatının maya dəyərinin azaldılması ilə yanaşı, “AzerGold” QSC yeni əlvan metal yataqların istismara cəlb edilməsi məqsədi ilə kəşfiyyat işlərini uğurla davam etdirir. Belə ki, iyul ayında 7285 metr geoloji buruq qazma işləri görülüb, ilin sonunadək bu rəqəmin 40 min metrə çatdırılması planlaşdırılır. Kəşfiyyat proqramı Çovdar yatağının yerüstü və yeraltı ehtiyatlarının artırılmasını, qızıl və gümüşə perspektivli olan Ağyoxuş, Mərək və Tülallar sahələrində buruq-qazma işlərini və ehtiyatların təsdiqini, habelə Filizçay polimetal yatağında ehtiyatların beynəlxalq standartlar əsasında qiymətləndirilməsini nəzərdə tutur.
Hazırda “AzerGold” QSC tərəfindən aparılan kəşfiyyat işləri gələcəkdə milli mədənçilik sənayesinin mənfəətini artırmaqla yanaşı, regionların sosial-iqtisadi tərəqqisi, həmçinin qeyri-neft sektorunun daha da dinamik inkişafına töhfə verməyə hədəflənib.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq