logo

DİN Neftçaladakı qətllə bağlı məlumat yaydı

11:59 05-08-2019 | icon 2373
DİN Neftçaladakı qətllə bağlı məlumat yaydı

Ötən gecə saat 1 radələrində Neftçala şəhərində yerləşən “Xatimə” şadlıq sarayının arxasında Bankə qəsəbə sakini 49 yaşlı sakini Mahir Abbas oğlu Əliyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin gün şəhər ərazisində M.Əliyevlə həmyerlisi Saleh Ələkbərov arasında münaqişə baş verməsi və sonuncunun onu döyərək qətlə yetirməsi aydınlaşıb.

Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Ələkbərov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.