logo

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub

10:11 05-08-2019 | icon 3542
Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən  YeniAvropa -ya bildiriblər ki, hadisə nəticəsində binanın şaxta boyunca kommunikasiya xətləri və elektrik naqilləri 42 poqonmetrdə yanıb. Yanğın zamanı 5 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.