logo

Bakı-Qazax yolunda “Toyota” yoldan çıxıb aşdı: iki nəfər yaralandı

19:51 04-08-2019 | icon 3941
Bakı-Qazax yolunda “Toyota” yoldan çıxıb aşdı: iki nəfər yaralandı

Bakı-Qazax yolunun 174-cü km-də iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 YeniAvropa xəbər verir  ki, hadisə magistralın Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən sürücü qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə dəyərək aşıb.

Hadisə zamanı sürücü, Bakı şəhər sakini, 59 yaşlı Allahverdiyev Xəqani Vedi oğlu və sərnişin, 55 yaşlı Allahverdiyeva Kifayət Tağı qızı xəsarət alıblar.

Hər iki zərərçəkmiş Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.