logo

Yaponiyada 6,2 bal gücündə zəlzələ olub

18:37 04-08-2019 | icon 2541
Yaponiyada 6,2 bal gücündə zəlzələ olub

Yaponiyanın şimal-şərqində, Fukusima prefekturası yaxınlığında 6,2 maqnituda gücündə zəlzələ baş verib.

 YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Milli Meteoroloji İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Fukusima prefekturasının sahillərində, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.