logo

İranda qırıcı təyyarə qəzaya uğrayıb

16:54 04-08-2019 | icon 2723
İranda qırıcı təyyarə qəzaya uğrayıb

İranın Buşehr vilayətinin Təngestan rayonunun ərazisində qırıcı təyyarə qəzaya uğrayıb.

 YeniAvropa  "İRNA"ya istinadla xəbər verir ki, Təngestan rayonunun qubernatoru Əbdülhəsən Rəfiipurun sözlərinə görə, qəzaya səbəb təyyarədə baş verən texniki nasazlıq olub.

Qırıcı təyyarəni idarə edən hər iki pilot qəzadan xilas ola bilib.