logo

Səudiyyə Ərəbistanına həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyon nəfərə çatıb

13:11 04-08-2019 | icon 2541
Səudiyyə Ərəbistanına həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyon nəfərə çatıb

Bu il Səudiyyə Ərəbistanına həcc ziyarətinə gələn zəvvarların sayı 1 milyon 516 min 101 nəfərə çatıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Miqrasiya məsələləri üzrə Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, zəvvarların 1 milyon 412 min 894 nəfəri hava, 86 min 359–u avtomobil və 16 min 848-i dəniz yolu ilə ölkəyə daxil olub.

Zəvvarların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 123 min 369 nəfər,  başqa sözlə 9 faiz artıb.