logo

İranın Neft Nazirliyinin binası yanır

12:32 04-08-2019 | icon 2513
İranın Neft Nazirliyinin binası yanır

Tehranda yerləşən İranın Neft Nazirliyinin binasında yanğın baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə  "Mehr" informasiya agentliyi məlumat yayıb. Nazirliyin rəsmisinə istinadla yayılan məlumatda bildirilib ki,  yanğın binanın 15-ci mərtəbəsində baş verib və qısa bir müddətdə binanı tüstü bürüyüb.

Hadisə yerinə yanğınsöndürülənlər cəlb edilib və hazırda bina boşaldılır.

Hadisənin səbəbi və zərərçəkənlər barədə məlumat verilmir.