logo

Almaniyanın xarici işlər naziri varşavalılardan üzr istədı

18:31 03-08-2019 | icon 2513
Almaniyanın xarici işlər naziri varşavalılardan üzr istədı

“Mən sizin ölkənizdə almanlar tərəfindən və almanların naminə törədilmiş əməllərə görə xəcalət çəkirəm. Mən xəcalət çəkirəm ki, müharibədən sonra uzun müddət bu barədə susublar”.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu  fikri AFR-in xarici işlər naziri Hayko Maas Polşa paytaxtının Volya rayonunda Varşava üsyanının 75-ci ildönümü şərəfinə keçirilmiş mərasimdə səsləndirib. 1944-cü ilin avqust ayında SS-çilər həmin ərazidə 40 minə yaxın polyakı güllələyiblər. Nazir ürək yanğısı ilə etiraf edib ki, hitlerçilərin Varşava sakinlərinə qarşı törətdiyi cinayətləri sözlə təsvir etmək çətindir.