logo

Sumqayıt sakini dənizdə batıb

13:57 03-08-2019 | icon 2590
Sumqayıt sakini dənizdə batıb

Xəzərin Novxanı kəndi ərazisində dənizdə bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropaya bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış nəticəsində batan şəxsin meyiti Corat qəsəbəsi yaxınlığında dənizdən aşkarlanaraq sudan çıxarılıb. Onun 1990-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Pərviz Məmmədov olduğu müəyyən edilib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.