logo

Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

21:47 02-08-2019 | icon 2317
Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

Avqustun 2-də dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən  YeniAvropa-ya bildiriblər ki, xilasetmə əməliyyatları nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Şıxov, Zağulba və Mərdəkan sularında xilasetmə məntəqələrinin ərazisində aparılıb.