logo

Avqustun ilk ongünlüyündə ölkədə qeyri–sabit hava şəraiti gözlənilir

19:15 02-08-2019 | icon 2632
Avqustun ilk ongünlüyündə ölkədə qeyri–sabit hava şəraiti gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində avqustun 2-i axşamdan 4-dək əsasən Böyük və Kiçik Qafqazın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal edilir.

Departamentdən  YeniAvropa -ya bildiriblər ki, avqustun 4-də hava sabit keçsə də, qısa fasilədən sonra avqustun 5-6-da yenidən bəzi rayonlarda qərb küləyinin 15-20, arabir 23-28, avqustun 5-də ayrı-ayrı yerlərdə arabir 30-35 metr/saniyəyədək güclənəcəyi proqnozlaşdırılır. Əsasən şimal və qərb rayonlarında arabir yağış yağacaq. Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi bildirilir.

Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən 8-dək şimal-qərb küləyinin saniyədə 15-20, arabir 23-28, avqustun 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 metrədək güclənəcəyi ehtimal edilir.

Nazirlik yaxın günlərdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə ehtiyatlı olmağı tövsiyə edir.