logo

İlham Əliyev Laosun Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

17:53 02-08-2019 | icon 2436
İlham Əliyev Laosun Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev avqustun 2-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sivienqpxet Pxetvorasakın etimadnaməsini qəbul edib.

YeniAvropa xəbər verir  ki səfir Sivienqpxet Pxetvorasak fəxri qarovul dəstəsinin qarşısından keçib.Sonra diplomat etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı əlaqələrimizin daha da genişləndirilməsi və əməkdaşlıq üçün konkret sahələrin müəyyənləşdirilməsinin önəmini vurğulayıb. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən prezident İlham Əliyev bu səfərlər zamanı əlaqələrimizin daha da inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib.

Səfir Sivienqpxet Pxetvorasak Laos rəhbərliyinin salamlarını dövlət başçısına çatdırıb. O, əlaqələrimizin inkişafına Azərbaycan tərəfinin verdiyi dəstəyi Laos hökuməti və xalqının yüksək qiymətləndirdiklərini deyib.Səfir ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini deyib və yaxşı ənənələrə əsaslanan əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əmin olduğunu bildirib.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, ticarət, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.