logo

İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul edib

16:49 02-08-2019 | icon 2457
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev avqustun 2-də Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasim Məhəmməd Salim Al Salhinin etimadnaməsini qəbul edib.

YeniAvropa xəbər verir  ki, səfir Qasim Məhəmməd Salim Al Salhi fəxri qarovul dəstəsinin qarşısından keçib.

Sonra səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu, siyasi əlaqələrin məmnunluq doğurduğunu bildirərək təmasların daha da fəallaşdırılmasının və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev biznes dairələri arasında əlaqələrin qurulmasının önəmini vurğulayıb.

Səfir Qasim Məhəmməd Salim Al Salhi, ilk növbədə, Oman Sultanı Qabus bin Said Al Saidin salamlarını çatdırıb. O, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək səfir kimi fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı təhsil sahəsində əməkdaşlıq, o cümlədən universitetlərarası əlaqələr məsələlərinə də toxunulub.