logo

Şadlıq sarayının qarşısında 2 piyadanı maşın vurdu

16:21 02-08-2019 | icon 3871
Şadlıq sarayının qarşısında 2 piyadanı maşın vurdu

Avqustun 2-də Siyəzəndə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, şadlıq sarayının qarşısında baş verən hadisə zamanı avtomobil rayon sakinləri – 1957-ci il təvəllüdlü Abbasov Muxtar Şükür oğlu və 2001-ci il təvəllüdlü Nərimanov Hökmulla Rəsul oğlunu vurub.

Yaralılar dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Onlardan Muxtar Abbasovun vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib. Digər yaralı isə ilkin müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.