logo

Zaqatala Dövlət Qoruğunda 42 kq narkotik bitki aşkarlandı

15:59 02-08-2019 | icon 2534
Zaqatala Dövlət Qoruğunda 42 kq narkotik bitki aşkarlandı

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və marixuana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Balakən rayon Polis Şöbəsi və Zaqatala Dövlət Təbiət Qoruğu əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qoruğun Gərəkli sahəsində naməlum şəxs tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 25 kiloqram çətənə kolu və 17 kiloqram 695 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.