logo

30 şahmatçımız Avropa birinciliyində mübarizə aparırı

15:31 02-08-2019 | icon 2905
30 şahmatçımız Avropa birinciliyində mübarizə aparırı

Avqustun 2-də Slovakiyanın Bratislava şəhərində yeniyetmələr arasında şahmat üzrə Avropa birinciliyi start götürüb.

YeniAvropa xəbər verir ki, 49 ölkədən 1300-dən çox şahmatçının qatıldığı qitə birinciliyində 8-18 yaşlı yeniyetmə idmançılar iştirak edirlər.

Azərbaycanı bu yarışlarda müxtəlif yaş kateqoriyalarında 30 şahmatçı təmsil edir.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.