logo

Bakıda avtobusla minik maşını toqquşdu: 1 nəfər öldü

13:53 02-08-2019 | icon 3899
Bakıda avtobusla minik maşını toqquşdu: 1 nəfər öldü

Bakının Sabunçu rayonunun Rüstəmov küçəsi, 86 ünvanında, avtobusla minik maşını toqquşub. Hadisə nəticəsində 2 nəfər yaralanıb, 1 nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yaralılar 3 saylı Bakı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların vəziyyətləri orta ağırdır.