logo

İran prezidenti Təbrizdə dünyanın ən böyük xalısını təqdim etdi

13:31 02-08-2019 | icon 2730
İran prezidenti Təbrizdə dünyanın ən böyük xalısını təqdim etdi

İran prezidenti Həsən Ruhani Təbriz Beynəlxalq Xalça Sərgisinin açılışında dünyanın ən böyük əldə toxuma xalısını təqdim edib.

YeniAvropa yerli KİV-ə istinadən bildirir ki, təbrizli ustaların ərsəyə gətirdikləri 600 kvadratmetrlik və çəkisi 3 ton olan bu nadir sənət nümunəsində 70 rəngdən istifadə edilib. Onun toxunması altı il davam edib. Bu nadir əl işini Təbriz Beynəlxalq Xalça Sərgisində avqustun 4-dək nümayiş olunacaq.

Qeyd olunur ki, Təbriz Beynəlxalq Xalça Sərgisində Qərbi və Şərqi Azərbaycandan olan ustalarla yanaşı, Gilan, Qum, Tehran şəhərlərinin də xalçaçıları iştirak edirlər.