logo

Neft Fondu cari ildə 44,5 ton qızıl alıb

12:11 02-08-2019 | icon 2555
Neft Fondu cari ildə 44,5 ton qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin ikinci rübündə 24 tonadək qızıl alıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə  ARDNF-in 2019-cu ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatda bildirilib.

Qeyd edilib ki, bu il iyunun 30-na ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 95,47 ton olub. İlin birinci rübünün sonuna olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 71,75 ton idi. Beləliklə də, Neft Fondu bu ilin aprel-iyun aylarında 23,72 ton qızıl alıb.

Ümumilikdə, ötən ilin sonu ilə müqayisədə ARDNF cari ildə 44,52 ton qızıl alıb.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 10,3 faizini (ABŞ dolları portfelinin isə 4 milyard 356,4 milyon dollarlıq hissəsi) təşkil edir.