logo

Ad günündə qidadan 20 nəfər zəhərləndi

10:09 02-08-2019 | icon 2485
Ad günündə qidadan 20 nəfər zəhərləndi

Şabran rayonunda kütləvi qida zəhərlənməsi qeydə alınıb.

YeniAvropa xəbər verir ki, son iki gündə Şabran rayon Mərkəzi xəstəxanasına 20 nəfərdən çox rayon sakini qida zəhərlənməsi diaqnozu ilə müraciət edib. İlkin ehtimala görə, həmin şəxslər doğum günü mərasimində yedikləri tortdan zəhərləniblər.

Xəstələrin mədələri yuyulub və müvafiq tibbi yardım göstərilib. Vəziyyəti yüngül olanlar ilkin tibbi müayinədən sonra evə buraxılıblar. Hazırda xəstəxanada müalicəsini davam etdirən şəxslərin vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.