logo

“BP Azerbaijan” bu il SOCAR-a 1 milyard m3-dək səmt qazı verib

22:17 01-08-2019 | icon 2632
“BP Azerbaijan” bu il SOCAR-a 1 milyard m3-dək səmt qazı verib

Birinci yarım ildə “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 5 milyon kubmetrdən çox, ümumilikdə isə 0,9 milyard kubmetr səmt qazı verib.

 YeniAvropa xəbər verir  ki, bu barədə “BP Azerbaijan”dan məlumat verilib. Qeyd edilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.