logo

İlham Əliyev Hacmurad  Yagizarova “Şərəf” ordeni verdi

18:57 01-08-2019 | icon 2919
İlham Əliyev Hacmurad  Yagizarova “Şərəf” ordeni verdi

Prezident İlham Əliyev avqustun 1-də Hacmurad  Yagizarovun təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: "Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Hacımurad Hacıəhməd oğlu Yagizarov “Şərəf” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, Şamaxı xanı Mahmud ağanın nəticəsi olan Hacımurad Hacıəhməd oğlu Yagizarov 18 avqust 1939 ildə Bakıda anadan olub.  Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR dövlət mükafatı laureatı, "Humay" mükafatçısı, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.

Tofiq Tağıyevin 1965-ci ildə çəkdiyi "Arşın mal alan" filmində (filmin ilk versiyasını Rza Təhmasib 1945-ci ildə çəkib) Hacımuradın oynadığı Süleyman rolu ona çox uğur gətirib. Sonrakı illərdə "Gün keçdi", "Uşaqlığın son gecəsi və digər  bir sıra filmlərdə yaddaqalan obrazlar yaradıb.