logo

Paytaxtda aptekdən tramadol həbləri götürülüb

18:21 01-08-2019 | icon 2457
Paytaxtda aptekdən tramadol həbləri götürülüb

Şabran rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Məmmədovdan 30 ədəd tramadol həbi götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, araşdırmalarla E.Məmmədovun həbləri paytaxt ərazisindəki apteklərin birindən satın alması müəyyən edilib.

Aptekə baxış zamanı oradan 280 ədəd tramadol həbi və 42 sellofan bükümündə marqanes aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.