logo

Bakı–Tbilisi–Ceyhan kəməri ilə cari ildə 16 milyon ton neft daşınıb

16:30 01-08-2019 | icon 2905
Bakı–Tbilisi–Ceyhan kəməri ilə cari ildə 16 milyon ton neft daşınıb

lin birinci yarısında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 16 milyon ton (120 milyon barreldən çox) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 149 tankerə yüklənib.

“BP Azerbaijan” şirkətindən YeniAvropa-ya verilən məlumata görə, yanvar-iyun aylarında BTC üzrə əməliyyat xərclərinə təxminən 55 milyon dollar, əsaslı xərclərə isə təqribən 12 milyon dollar sərf olunub.

Qeyd edək ki, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin ikinci rübünün sonunadək BTC ilə ümumilikdə təqribən 432 milyon tondan çox (təxminən 3,2 milyard barreldən artıq) xam neft nəql olunub və Ceyhan limanında 4 min 234 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

“BTC Co.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).