logo

Qubada toy karvanı qəza törətdi, 6 nəfər yaralandı

16:11 01-08-2019 | icon 3759
Qubada toy karvanı qəza törətdi, 6 nəfər yaralandı

Avqustun 1-i Quba rayonunda 6 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki, rayonun Qələdüz kəndi ərazisində qeydə alınan hadisə zamanı toy karvanında hərəkətdə olan "Niva" markalı avtomobillə əks tərəfdən gələn "VAZ 2107" markalı avtomobil toqquşub.

Qəza zamanı xəsarət alanlar - rayonun Üçgün kənd sakinləri 1966-cı il təvəllüdlü Qənbər Babayev, 1966–cı il təvəllüdlü Sahibə Babayeva, Küpçal kənd sakinləri Sənubər Səfərova, 1984-cü il təvəllüdlü Alim Qədirov və Qələdüz kənd sakinləri Təranə Əlixanova, 1992-ci il təvəllüdlü Tərlan Əlimirzəyev Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarətləri yüngül olan Sahibə Babayeva ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər 5 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.