logo

Cari ildə “Şahdəniz”dən 8,4 milyard m3 təbii qaz çıxarılıb

15:59 01-08-2019 | icon 2520
Cari ildə “Şahdəniz”dən 8,4 milyard m3 təbii qaz çıxarılıb

Yanvar-iyun aylarında “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə ümumilikdə 8,4 milyard standart kubmetr qaz və təqribən 2 milyon ton (14,4 milyon barrel) kondensat hasil edilib.

Bu barədə  YeniAvropa -ya “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir.

Ötən il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artmaqda davam edir.

Bu ilin 6 ayında “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib.

Cari ildə “Şahdəniz” üzrə fəaliyyətlərə 376 milyon dollar əməliyyat və 555 milyon dollardan çox əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).