logo

UEFA Avroiiqa: “Qəbələ” Tbilisidə “Dinamo” ilə qarşılaşacaq

13:29 01-08-2019 | icon 2842
UEFA Avroiiqa: “Qəbələ” Tbilisidə “Dinamo” ilə qarşılaşacaq

Avqustun 1-də “Qəbələ” komandası UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubunun qonağı olacaq.

 YeniAvropa  xəbər verir ki, Tbilisidəki Boris Payçadze adına stadionda keçiriləcək görüşü Finlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Petri Vilyanen olacaq. Ona yan xətt hakimləri Riku Vihreavuori və Mika Lamppu kömək edəcəklər. Görüşdə dördüncü hakim funksiyasını Dennis Antamo yerinə yetirəcək. Cavab oyununda hakim-inspektor vəzifəsini Yens Larsen (Danimarka) icra edəcək. UEFA nümayəndəsi isə moldovalı Sergey Lisnik olacaq.

Komandalar arasında Qəbələ şəhər stadionunda iyulun 25-də keçirilmiş ilk oyunda təmsilçimiz rəqibinə 0:2 hesabı ilə məğlub olmuşdu. Azərbaycan təmsilçisi “Dinamo”nun qapısına matçın əsas vaxtında iki qol vuracağı təqdirdə, görüşdə əlavə vaxt oynanılacaq.

Cavab matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

“Qəbələ” bu mövsüm qitə miqyaslı turnirdə ikinci matçına çıxacaq. Tbilisi təmsilçisi isə birinci təsnifat mərhələsində “Enqordani”ni (Andorra) mübarizədən kənarlaşdırıb – 6:0, 1:0.

Oyunun qalibi növbəti mərhələdə Hollandiyanın “Feyenoord” klubu ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin səfər görüşündə 1:2 hesabı ilə uduzan təmsilçimiz evdə iki cavabsız qolla qalib gələrək növbəti mərhələyə yüksəlib.