logo

Bu gün UEFA Avroliqası çərçivəsində  “Neftçi”  “Arsenal”ı qəbul edəcək

12:15 01-08-2019 | icon 2982
Bu gün UEFA Avroliqası çərçivəsində  “Neftçi”  “Arsenal”ı qəbul edəcək

Avqustun 1-də Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rusiyanın "Arsenal” (Tula) komandasını qəbul edəcək.

 YeniAvropa xəbər verir ki, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.

Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.

“Bakcell Arena”da keçiriləcək cavab oyunu saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.