logo

Şəhriyar Məmmədyarov FIDE reytinqində 9-cudur

11:57 01-08-2019 | icon 2947
Şəhriyar Məmmədyarov FIDE reytinqində 9-cudur

Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün reytinq siyahısını açıqlayıb.

 YeniAvropa  xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov (2764) reytinqdə 1 pillə geriləyərək doqquzuncu yerdə qərarlaşıb. Teymur Rəcəbov isə bir pillə irəliləyib (12-ci yer, 2758). Digər şahmatçılarımızdan Arkadi Naydiç (2675) 62-ci mövqedədir. Qədir Hüseynov isə ilk “Top-100”dən kənarda qalıb (101-ci yer, 2654).

Kişi şahmatçılar arasında ilk üçlük dəyişməz qalıb. Dünya çempionu, norveçli Maqnus Karlsen (2882) birinci yerdədir. Amerikalı Fabiano Karuana (2818) və çinli Dinq Liren (2805) sonrakı iki pillədə qərarlaşıblar.

Qadın şahmatçılarımızdan isə Günay Məmmədzadə (2425) 41-ci, Xanım Balacayeva (2367) 97-ci pillədədir. Qadın zəka ustaları arasında isə ilk üç pillədə çinli idmançılar Hou Yifan (2659), Vencun Cu (2600) və rusiyalı Aleksandra Qoryaçkina (2564) yer alıblar.