logo

Tramp Putinə zəng vurub kömək təklif etdi

10:57 01-08-2019 | icon 2723
Tramp Putinə zəng vurub kömək təklif etdi

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon zəngi ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı Tramp Rusiyaya Sibirdəki meşə yanğınlarına qarşı mübarizədə kömək təklif edib. Rusiya Prezidenti təklif üçün həmkarına təşəkkür edib.

Putin zərurət olarsa, Trampın təklifindən faydalanacağını söyləyib.

Dövlət başçıları təmasların davam etdirilməsinin gündəmdə saxlanılmasının zəruriliyini qeyd ediblər. "Tramp və Putin əlaqılırin həm telefonla, həm də şəxsi görüşlər vasitəsilə davab etdirilməsinə dair razılıq əldə ediblər ",-deyə mətbuat xidmətinin məlumatında bildirilib.