logo

Avqustda hava necə olacaq?

19:47 31-07-2019 | icon 2394
Avqustda hava necə olacaq?

Avqustda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal edilir. Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı proqnozlaşdırılır. Abşeron yarımadasında şimal küləyi üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-27° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 20-25°, gündüzlər 30-35° isti olacaq, bəzi günlərdə 38°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-8 mm) ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 24-27° isti olacağı ehtimal edilir. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 32-37°, bəzi günlərdə 39-41° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-10 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 17-20° isti olacağı proqnozlaşdırılır, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 13-18°, gündüzlər 21-26° isti olacaq, bəzi günlərdə 29°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı (32-55 mm) bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 23-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 20-25°, gündüzlər 30-35° isti olacağı, bəzi günlərdə 38°-dək yüksələcəyi bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı (15-27 mm) proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 21-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 17-22°, gündüzlər 27-32°, bəzi günlərdə 35-37° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 13-116 mm).

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 24-26° isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 22-27°, gündüzlər 32-37°, bəzi günlərdə 39-41° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-22 mm) ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 22-25° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 20-25°, gündüzlər 30-35° isti olacağı, bəzi günlərdə 37°-dək yüksələcəyi bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 13-83 mm) proqnozlaşdırılır.