logo

İlham Əliyev iki universitetə rektor təyin etdi

18:15 31-07-2019 | icon 2422
İlham Əliyev iki universitetə rektor təyin etdi

Prezident İlham Əliyev iyulun 31-də  iki dövlət universitetinə yeni rektorlar təyin edib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin birinci sərəncamına əsasən, Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilib.

Prezidentin ikinci sərəncamına əsasən  isə Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinə rektor təyin edilib.