logo

Oğurluqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb

17:48 31-07-2019 | icon 2408
Oğurluqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb

Oğurluqla məşğul olan yeniyetmələr yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, iyulun 29-da Bakı şəhər sakini İ.Tağıyevə məxsus içərisində 140 manat və 100 ABŞ dolları olan pul kisəsini oğurlamaqda şübhəli bilinən, paytaxt sakini olan yeniyetmə Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

İyulun 28-də isə Nəsimi rayonu ərazisindəki 3 mağazadan 135 manat pul, 2 mobil telefon və ətir oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini olan yeniyetmə Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.