logo

Sumqayıt sakini ilan sancmasından ölüb

15:49 31-07-2019 | icon 2450
Sumqayıt sakini ilan sancmasından ölüb

Sumqayıt sakini ilan sancmasından ölüb.

YeniAvropa xəbər verir  ki, hadisə şəhərin “Yaşma bağları” adlanan yaşayış massivində olub. Belə ki, Sumqayıt sakini, 1953-cü il təvəllüdlü Soltanov Adil Mövlud oğlu fərdi yaşayış evinin həyətyanı sahəsində iş görərkən onu ilan sancıb. O, dərhal təcili tibbi yardım maşını ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Vəziyyəti ağırlaşan şəhər sakini reanimasiyaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, ilan sancan şəxsi xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.