logo

"S-400"lərin ikinci partiyası  Türkiyəyə  2020-ci ildə gətiriləcək

15:16 31-07-2019 | icon 2835
"S-400"lərin ikinci partiyası  Türkiyəyə  2020-ci ildə gətiriləcək

"S-400" zenit-raket sistemlərinin ikinci partiyasının Türkiyəyə tədarükü 2020-ci ildə başlayacaq. YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir "TGRT" telekanalında müsahibəsində bəyan edib.

İ.Dəmir qeyd edib ki, zenit-raket sistemləri Türkiyənin özü tərəfindən idarə olunacaq. Onun sözlərinə görə, ABŞ bu sistemlərin "F-35" qırıcıları ilə uyğun gəlmədiyi barədə heç bir sübut göstərə bilməyib. Türkiyə rəsmisi vurğulayıb ki, "S-400"lərlə yanaşı, onun ölkəsi bir sıra hava hücumundan müdafiə texnologiyaları da əldə edəcək və onlar raket əleyhinə müdafiə sistemində istifadə olunacaq.

Bundan başqa, Türkiyə ballistik raketləri vura biləcək “Hisar-A”, “Hisar-O” və “Sipər” adlı raket komplekslərinin istehsalını da planlaşdırır.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da "S-400" zenit-raket sistemlərinin tədarükünün gələn ilin aprelində başa çatacağını bildirib.